Azərbaycanın iştirakı ilə noyabrın 1-də Türkiyənin Bursa şəhərində “Qorqud Ata” (Dədə Qorqud) Türk Dünyası Film Festivalının açılışı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın “Həyat, deyəsən, gözəldir” və “Dalan” filmlərinin müsabiqələrdə iştirakı təsdiqlənib. Bundan başqa, müsabiqədən kənar “Dəli Kür” (bərpa olunmuş versiya) və “Otel otağı” filmləri kinosevərlərin görüşündə olacaq.
“Qorqud Ata” Türk Dünyası Film Festivalında münsiflər heyətində Elxan Cəfərov və Mehriban Ələkbərzadə yer alırlar.
Festivalın bağlanış mərasimi noyabrın 5-də nəzərdə tutulub. Qalib filmlər mükafatlandırılacaq.