Qafqaz və Mərkəzi Asiya regionunda bank sektoru pandemiyadan yaxşı sovuşub, rentabellilik bərpa olunub, likvidlik və kapital buferləri güclənib.
“Report” xəbər verir ki, bu, Beynəlxalq Valyuta Fondunun (BVF) may ayı üzrə “Regional iqtisadi inkişaf perspektivləri” adlı hesabatında öz əksinib.
“Lakin mərkəzi banklar artan qlobal maliyyə gərginliyi fonunda maliyyə sabitliyi risklərini nəzərə almalı və davamlı monetar sərtləşdirmə nəticəsində yarana biləcək maliyyə sistemindəki zəiflikləri diqqətlə izləməlidir. Bank nəzarətçiləri bankların idarəetmə və risklərin idarə edilməsi sistemlərinin onların risk profillərinə uyğun olmasını təmin etməlidirlər”, – hesabatın müəllifləri qeyd ediblər.
BVF bildirib ki, pandemiyadan və regionda banklara dəstək tədbirlərinin ləğvindən sonra aktivlərin median gəlirliliyi 2020-ci ildəki 1,1 %-dən 3,9 %-ə yüksəlib. 1-ci dərəcəli kapital əmsalları qanunla müəyyən edilmiş minimum hədddən 8,1 faiz bəndi yuxarı olan 16,7 % olmaqla, kapitallaşma səviyyələri yüksək olaraq qalıb. Qeyri-işlək kredit (NLP) əmsalları 2022-ci ildə orta hesabla 4,4 % təşkil edib.
“Regiondakı əksər banklar müştəri depozitlərinə və uzunmüddətli maliyyələşdirməyə güvənirlər ki, bu da ümumi maliyyələşdirmənin 90%-dən çoxunu təşkil edir”, – hesabatda deyilib.