Biləsuvarda dolu bir sıra fəsadlar törədib.
“Report”un Muğan bürosunun məlumatına görə, dolu rayonun bəzi ərazilərinə düşüb. Daha sonra güclü leysan yağışı yağıb.
Təhlükəsizlik məqsədilə rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.