Cənubi Afrika Respublikasında qar hərəkəti iflic edib

Cənubi Afrika Respublikası (CAR) üçün spesifik olmayan qarın yağması yollarda ciddi problemlər yaradıb.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, böyük həcmdə qar yağdığı üçün minlərlə avtomobil yollarda qalıb. Hökumət vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün vacib magistrallarda hərəkəti qadağan edib.

Bəzi ərazilərdə qar təbəqəsinin qalınlığı 2 metri ötüb. Ehtiyat tədbiri olaraq qonşu Lesoto ilə sərhəd bağlanıb. Sərhədin hər 2 tərəfində çox sayda yük avtomobili və avtobus gözləyir.

Xilasedicilər yolda qalan şəxslərə qida və isti geyim çatdırıblar.

ƏvvəlkiBu gün 1 500-dən çox namizəd peşəkar mühasib sertifikatı imtahanı verəcək
NövbətiBiləsuvarda arı ailələrinin sayı artıb