Cənubi Koreya prezidenti Yoon Sok Yol Seulun mərkəzində baş verən izdihamla bağlı milli matəm elan edib.
Trend-in məlumatına görə, onun bazar günü brifinq zamanı çıxışını “Yonhap” xəbər agentliyi yayıb.
Eyni zamanda Cənubi Koreya prezindenti neçə günlük matəm elan olunduğunu dəqiqləşdirməyib və bunun “insident həll olunana qədər” davam edəcəyini vurğulayıb.