Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından olan prezidentliyə namizəd Yoon Suk-yeol seçkilərdə qalib gəlib.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Onun əsas rəqibi hakim Toburo Demokratik Partiyasından olan Li Jae-myunq məğlubiyyətini etiraf edib.
Koreya Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatına görə, səslərin 98%-i hesablanıb. Seçicilərin 48,5%-i Yoon Suk-yeola, 47,8%-i Li Jae-myunqa səs verib.