Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kubokunda növbəti oyununu keçirib.
“Report”un məlumatına görə, Fərid Cəlalovun baş məşqçi olduğu komanda 1/16 finalda Avstriyanın “UVC Qrats” kollektivi ilə cavab matçına çıxıb. Bakı Voleybol Mərkəzində oynanılan görüş Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb – 3:0 (25:13, 25:12, 25:23).
Bu arenada baş tutan ilk qarşılaşmada da “Murov” rəqibini eyni hesabla məğlub edib. Komanda iki görüşün nəticəsinə əsasən adını 1/8 finala yazdırıb.
Qeyd edək ki, “Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” komandasını mübarizədən kənarlaşdırıb.
Çağırış Kuboku
1/16 final, cavab oyunu
9 noyabr
18:00. “Murov” (Azərbaycan) – “UVC Qrats” (Avstriya) – 3:0 (25:13, 25:12, 25:23)
İlk oyun – 3:0
Bakı Voleybol Mərkəzi