Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 39,2 milyon ton yük, 504,1 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,2 faiz və 20,0 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,9 faiz, sərnişin dövriyyəsi isə 18,6 faiz artıb. Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 12,9 faiz artaraq 71,7 milyon nəfər olub. Hava nəqliyyatı ilə 735,5 min və ya 58,6 faiz çox sərnişin daşınıb. Daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 64,8 faiz azalaraq 63,4 min ton olub.