Cavid Qurbanov: “Azərbaycan Dəmir Yolları”nda orta aylıq əmək haqqı 583 manata çatıb”

“Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də, təxminən, 20 min nəfər işləyir. 2015-ci ildən bəri səhmdar cəmiyyətində orta aylıq əmək haqqı hər il orta hesabla 95% artıb”.

Türk.az xəbər verir ki, bunu qurumun sədri Cavid Qurbanov Yeni Azərbaycan Partiyasının qərargahında keçirdiyi mətbuat konfrasında deyib.

“Əgər 2015-ci ildə orta maaş 120-130 manat idisə, artıq 583 manata çatıb. Bu da son göstərici deyil. Əmək haqları tədricən artırılacaq. Amma, bu, daha çox dəmir yolu ilə daşınan yüklərin həcmindən asılıdır, odur ki, infrastuktur inkişaf etdirilir”, – o bildirib.

ƏvvəlkiElektrik enerjisi ilə işləyən ilk hidrotəyyarə uçuş etdi
NövbətiRusiyada 8 partiyanın dövlət qeydiyyatı ləğv edilib