Türkiyə və Rusiyanın XİN rəhbərləri Mövlud Çavuşoğlu və Sergey Lavrov arasında Antalyada görüş başlayıb. Trend-in məlumatına görə, görüş qapalı keçirilir.
Məlumata görə, görüşdə Suriyada və Venesueladakı vəziyyət müzakirə olunur.
Qeyd edək ki, bu gün Antalyada Rusiya-Türkiyə strateji planlaşdırma qrupunun iclası keçirilir.