Çavuşoğlu Moskvada Lavrovla danışıqlar aparacaq

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparmaq üçün mayın 10-da Moskvaya səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu “24 TV” telekanalının efirində deyib.

Çavuşoğlu, həmçinin Suriya üzrə dördtərəfli danışıqlarda iştirak edəcək.

Söhbər Rusiya, İran, Suriya və Türkiyə arasında Ankara və Dəməşq münasibətlərinin nizamlanmasına dair görüşdən gedir.

ƏvvəlkiABŞ-da Ümummilli Lider Heydər Əliyevin büstü açılacaq
NövbətiSahibə Qafarova Kral III Çarlzın tacqoyma mərasimində iştirak edib