Çaylarda suyun səviyyəsinin artması selə səbəb olub

Ölkənin əksər bğlgələrinə yağan intensiv yağıntılarla əlaqədar hazırda Samux rayon ərazisindən axan Qabırrıçaydan, Göygöl və Samux rayon ərazilərindən axan Qoşqarçaydan, Daşkəsən, Göygöl rayonları və Gəncə şəhəri ərazisindən axan Gəncəçaydan, Daşkəsən rayonu ərazisindən axan Dəstəfurçaydan, Tovuz rayon ərazisindən axan Zəyəmçaydan, Göygöl rayon ərazisindən axan Kürəkçaydan, Balakən rayonu ərazisindən axan Balakənçaydan sel keçir.

Bu barədə AZƏRTAC-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, ötən gün ərzində yağan leysan xarakterli yağıntılar nəticəsində gecə saatlarında Tovuz rayonu ərazisindən axan Axıncaçayda da suyun səviyyəsi artaraq selin baş verməsinə səbəb olub.

ƏvvəlkiZığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilən sürət həddi bərpa edilib
NövbətiArıçılıq məhsullarının sərgi-satış yarmarkasında iştirak üçün qeydiyyat başlayıb