Çeçenistanda yanacaqdoldurma məntəqəsində partlayış olub, ölənlər var

Rusiyanın Çeçenistan Respublikasının Naurski rayonunun Novoterskoye kəndində yanacaqdoldurma məntəqəsində partlayış olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsi məlumat yayıb.

Yanacaq çəninin partlaması nəticəsində 3 nəfər həlak olub.

Faktla bağlı cinayət işi açılıb.

ƏvvəlkiUkrayna Britaniyadan təxminən 1 milyard dollar alıb
NövbətiSuriya səfiri Rusiyadan sığınacaq istəyib