Cennifer geyimi ilə BİHUŞ ETDİ – FOTO

27 yaşlı aktrisa Cennifer Laurens dərin sinə dekolteli geyimi ilə bütün dünya mətbuatının maqazin gündəmini zəbt edib.

Turk.az xarici mətbuata istinadən xəbər verir ki, bazar günü BAFTA mükafatlarının təqdim olunma mərasimindən sonra Cennifer Laurens Londonu tərk etməyə tələsməyib. Çünki ertəsi gün Böyük Britaniyanın paytaxtında onun iştirakı ilə daha bir mühüm tədbir – baş rolda çəkildiyi “Qırmızı qarğa” filminin premyerası nəzərdə tutulmuşdu.

Bu filmin premyerası üçün aktrisa “Christian Dior”dan arxası açıq və dərin sinə dekolteli qızılı paltar seçib. Bundan əlavə zərif və uzun sırğalar, eyni zamanda iri qaşlı üzük və buruq tellər obrazın əsas tamamlayıcı olub.

Aktrisanın qüsursuz geyimi, makiyaj və saç düzümü bütün dünya mətbuatında böyük maraqla qarşılanıb. Onun seksual obrazı pərəstişkarları və moda mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib.

Filmin qalasından sonra aktrisa dəbdəbəli libasını qırmızı sadə don və açıq qəhvəyi palto ilə əvəz edib.

ƏvvəlkiERMƏNİPƏRƏSTLƏRİN SAXTAKARLIĞINA SON VERMƏK VAXTIDIR!
NövbətiAğdamda keçmiş polis intihar edib