Ceyhun Bayramov kral III Çarlzla görüşüb

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Ukraynanın Bərpası Konfransı öncəsində III Çarlzın Müqəddəs Ceyms Sarayında təşkil etdiyi qəbulda iştirak edib.

ƏvvəlkiRomada Qarabağ xanlığının tarixi və mədəni irsi haqqında kitab təqdim olunub
NövbətiAzərbaycan gimnastı Berlində keçirilən yarışda 1 qızıl və 3 bürünc medal qazanıb