Ceyhun Bayramov Mərakeşdə rəsmi səfərdədir

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.

Bu barədə “Report”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

ƏvvəlkiQəzzada ölən fələstinlilərin sayı 11 mini keçib
NövbətiXalq şairi Ramiz Rövşən: Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur