Ceyhun Bayramov: Xocalı faciəsinin təqsirkarlarının məsuliyyətə cəlb olunması istiqamətində səyləri davam etdiririk

“Bir gecədə uşaq, qadın və qoca olmaqla 613 nəfərin həyatına son qoyan Xocalı soyqırımından 33 il keçir”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı “X”də yazıb.

“Biz Ermənistanın azərbaycanlılara qarşı etnik nifrət və soyqırımı siyasətinin günahsız qurbanlarını anır və heç vaxt unutmuruq. Bu ağır cinayətin təqsirkarlarının məsuliyyətə cəlb olunması istiqamətində səylərimizi davam etdiririk”, – o bildirib.

ƏvvəlkiXocalı soyqırımından 33 il ötür
NövbətiPrezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib