Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau arasında təkbətək görüş başa çatıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviter səhifəsində məlumat yayıb.
Hazırda Azərbaycan və Polşa xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü keçirilir.