“Champions Chess Tour”: Teymur Rəcəbov Levon Aronyanı məğlub edib

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin beşinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu turda ermənistanlı Levon Aronyan üzərində 2,5:1,5 hesablı qələbə qazanıb.

Digər şahmatçımız Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevə 1,5:2,5 hesabı ilə məğlub olub.

Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməzsə, blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

 

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri ilə görüşüb
NövbətiBu gün COVID-19 əleyhinə 68 min dozaya yaxın peyvənd vurulub