Çilidə 5,7 maqnitudalı zəlzələ baş verib

Çilidə 5,7 maqnitudalı zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təxminən 129 min nəfərin yaşadığı Kopyapo şəhərindən 139 km şimal-qərbdə, zəlzələ ocağı isə 35 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

ƏvvəlkiPrezident İlham Əliyev İndoneziya Nümayəndələr Palatasının sədrini qəbul edib
NövbətiFHN Akademiyasına kursant qəbulu elan edilir