Çilinin şimal-şərqində yerləşən Arika, Parinakota və Atakama bölgələrində maqnitudası Rixter şkalası üzrə 6,9 bal olan zəlzələ baş verib.
Hələlik tələfat və dağıntılar barədə məlumat alınmayıb.
Çilinin Daxili İşlər Nazirliyi Milli Seysmoloji Mərkəzə istinadla Çili sahillərində sunami təhlükəsinin olmadığını bildirib.