Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkə Prezidenti Qabriel Boriç məlumat verib.
O, Prezident Administrasiyasının X sosial şəbəkəsindəki səhifəsində yayımlanan mətbuat konfransında deyib: “Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq”.
Boriç, həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb.