Bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Sabirabad” və “Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində xilasetmə əməliyyatı həyata keçirib.
FHN-dən AZƏRTAC-a bildirilib ki, əməliyyat nəticəsində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.