Çin dizaynerləri uçan naməlum obyektə (UFO) bənzəyən, hərbi məqsədlər üçün istifadəsi nəzərdə tutulan uçan boşqab hazırlayıblar.
“Report” un məlumatına görə, bu barədə “Drive” yazbr.
Bildirilib ki, yeni döyüş maşını “China Helicopter Exposition 2019” sərgisində təqdim edilib və layihə “Superböyük Ağ Akula” adlandırılıb. Uçan boşqabı iki nəfər idarə edir.
Qeyd edək ki, “Alert 5” adlı istifadəçi yeni silahın şəkillərini özünün “Twitter” səhifəsində yerləşdirib.
Paylaşımında o, “Disket saatda 650 km sürətlə uçur” deyə yazıb.