Çin ABŞ-ın regionda hava, dəniz və qurudan gələ biləcək təhdidlərə qarşı mübarizə aparmaq üçün Yaxın Şərqə əlavə qoşun göndərməyi qərara almasının mənfi nəticələr verəcəyinə dair xəbərdarlıq edib.
“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər naziri Van İ suriyalı həmkarı Valid Muallem ilə Pekində təşkil etdiyi mətbuat konfransından sonra bildirib.
Çin diplomatı Tehranı nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməyə sadiq qalmağa çağırıb və sazişin belə asan pozulmasının əleyhinə olduqlarını qeyd edib. O həmçinin xatırladıb ki, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın bu saziş çərçivəsində üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini dəfələrlə təsdiqləyib.