Çinin şimal-şərqindəki Heyloncian vilayətində kömür mədənində baş verən qəzada 11 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, bu barədə şaxtanın operatoru olan “Lonmey Şuanyaşan” şirkəti açıqlama yayıb. İlkin məlumata əsasən, yerli vaxtla günorta saatlarında şaxtada səbəbi bilinməyən partlayış baş verib. Hadisə yerinə gələn xilasedicilər 11 nəfərin meyitini tapıblar.