Pekində ucaldılmış Meyyuan yaşayış kompleksində Pekin Avtomatlaşdırılmış Aerokosmik İdarəetmə İnstitutunun mühəndisləri tərəfindən hazırlanmış “Meibao” adlı robot keşikçi sınaqdan keçirilir. Robot gecələr yaşayış kompleksinin ərazisinə keşik çəkəcək, şübhəli insanları müəyyənləşdirdikdə bu barədə polis işçilərinə məlumat verəcək.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu robot keşikçini əvəz edəcək: o, gecələr yaşayış kompleksinin ərazisinə keşik çəkəcək və sifətin tanınması texnologiyasının köməyi ilə sakinləri müəyyənləşdirəcək. “Meibao” adlı robot ərazidə kənar insan görüb onu şübhəli hesab etdikdə dərhal idarəetmə mərkəzinə siqnal göndərəcək.
Sözügedən robotun yaradıcıları bildiriblər ki, qurğu yalnız insanlara reaksiya göstərməyəcək, həm də yanğın təhlükəsi və başqa təhlükələr haqqında xəbərdarlıq edəcək.