COP29 Könüllülük Proqramına qeydiyyat başa çatıb

Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün könüllük proqramına qeydiyyat başa çatıb.

“Report” xəbər verir ki, COP-un könüllüsü olmaq üçün potensial namizədlər əvvəlcə müraciət portalında qeyd edilən tələblərə uyğun qiymətləndirilərək seçimlərə qatılacaqlar.

Uğur qazanan namizədlər bacarıq və səriştələrinin artırılması, həmçinin rol təlimlərinə cəlb olunacaqlar.

Əvvəlki“Şuşa İƏT-in Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramının ikinci günü başa çatıb
NövbətiRusiya Azərbaycanla sərhəddə logistika mərkəzləri tikir