Dəliməmmədli stansiyasında yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın  Türk.az-a verdiyi məlumatına görə,Dəliməmmədli stansiyasında 7 ədəd yeni yoldəyişən
qurğu quraşdırılır.

Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam
edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur.
Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı
İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata
keçirilir.
Xatırladaq ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə
quraşdırılıb və bu günə kimi 206 yoldəyişən yenisi ilə əvəz olunub.
Hazırda Dəliməmmədli stansiyasında 7 ədəd yeni yoldəyişən
qurğu quraşdırılır.  İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11
saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi  MMC-nin kollektivi
həyata keçirir.

ƏvvəlkiBakıda keçiriləcək növbəti Formula 1 ilə bağlı planlar açıqlandı
NövbətiAZƏRBAYCAN MİLLİ DEMOKRAT PARTİYASININ SƏDRİ TUFAN KƏRİMİN SOYDAŞLARIMIZA MÜRACİƏTİ