Dəmir yolları ilə yükdaşımaların həcmi açıqlanıb

Koronavirus pandemiyasına baxmayaraq Azərbaycan Dəmir Yollarında (ADY) yükdaşımalar fasiləsiz şəkildə həyata keçirilir.

Ötən ilin yanvar, fevral, mart və aprelin 20 günü ilə müqayisədə bu il yükdaşımaların həcmində artım müşahidə olunub.

Trend-in məlumatına görə, bunu REAL TV-yə ADY QSC-nin Yükdaşıma departamentinin rəisi Emil Əhmədov bildirib.

Departament rəisi deyib ki, qeyd olunan tarixdə ötən il 4,360 000 ton yük daşınıb, bu il isə rəqəm 4,380 000-a çatıb. Ümumi yükdaşımada 16 min ton artıq yük daşınıb:

“Bakı-Tiflis-Qars dəmir yol xətti marşrutu üzrə daşınan yüklərdə də artım var. Yükdaşımalarda artım idxal və tranzit rejimlərində mövcuddur”.

E.Əhmədov bildirib ki, idxal rejimində artan yüklər un və un məhsulları, neft və neft məhsulları, meyvə və tez xarab olan yüklər, süd və süd məhsulları, şəkər və şəkərdən hazırlanan məhsullardan ibarətdir.

ƏvvəlkiDağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri ABŞ-ın Nümayəndələr Palatasına etiraz məktubu göndərib
NövbətiAzərbaycan və Türkmənistan XİN rəhbərləri arasında telefon danışığı olub