Türk.az ady.az-a isdinadən xəbər verir ki,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2020-ci təqvim ili ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Belə ki, bayram və istirahət günlərində sərnişinlərin Bakıdan Tbilisiyə və geriyə daşınması üçün dekabrın 27, 28, 29, 30-da və yanvarın 01, 02, 03, 04-də xəttə əlavə qatarlar qoşulacaq. Həmçinin Tbilisidən geriyə qayıdan sərnişinlər üçün 28, 29, 30, 31- i dekabr və 01, 02, 03, 04, 05 yanvar tarixlərində Bakı-Tbilisi-Bakı beynəlxalq qatarının tərkibinə vaqonlar əlavə ediləcək.
Belə ki, dekabrın 27, 28, 29 –u və yanvarın 01-də qatar 10-15 vaqonla yola düşəcək. Hər reysdə 400-600 sərnişinin daşınması nəzərdə tutulur. Dekabrın 30-da isə Bakı-Tbilisi qatarı maksimum sayda – 22 vaqonla təxminən 860 sərnişinlə hərəkət edəcək.
Geriyə Tbilisidən sərnişin axını əsasən 02, 03, 04 və 05 yanvar 2020-ci il tarixlərində gözlənilir.
Respublika daxilində sərnişin sıxlığnın artdığını nəzərə alaraq, yerli istiqamətdə sərnişinlərin daşınmasını təmin etmək məqsədilə dekabrın 27-dən, 04 yanvar tarixi daxil olmaqla Bakı-Böyük Kəsik sürət və Bakı-Balakən-Bakı sərnişin qatarlarına əlavə plaskart tipli vaqonlar qoşulacaq.
Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədilə, dekabrın 31-də Bakıdan həmin marşrut üzrə bir əlavə reys təyin ediləcək. Saat 800-da Bakıdan yola düşəcək qatar saat 1145-də Gəncəyə çatacaq. Saat 1600-da isə Gəncədən yola düşəcək və saat 1945-də Bakıda olacaq.
Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına biletlər 10 gün, beynəlxalq istiqamətə isə 30 gün əvvəldən satışa çıxarılır. Əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.