HDP həmsədri Səlahəddin Dəmirdaşın böyük qardaşı PKK terrorçusu Nurəddin öldürülüb.
Türk.az xəbər verir ki, İraqda Məsud Bərzaninin rəhbərlik etdiyi Kürdüstan Demokrat Partiyasının yaxın mənbələr TSQ-nın Qəndil əməliyyatında Nurəddin Dəmirdaşın öldürüldüyünü açıqlayıb.
Xatırladaq ki, Səlahəddin Dəmirdaş qardaşının uzun illər həbsdə qaldıqdan sonra Ərbilə köçərək orada yaşamağa başladığını açıqlamışdı.