“Dəniz kuboku” yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir.
Trend-in məlumatına görə, bunu Rusiya Hərbi Dəniz Donanmasının (HDD) komandanının müavini vitse-admiral Vladimir Kasatonov deyib.
Onun sözlərinə görə, dünyada pandemiyanın tüğyan etməsinə baxmayaraq, yarışın keçirilməsinə qərar verilib: “Dəniz kuboku” yarışları bizim dostluq və dəniz qardaşlığımızın rəmzidir. Biz bu yarışlar zamanı digər dövlətlərin dəniz qüvvələrinin ötən yarışdan sonra nə qədər inkişaf etdiyini görə bilir, öz bacarıqlarımızı daha da inkişaf etdiririk. Yenidən bu gözəl ölkəyə səfər etdiyimiz üçün çox şadıq”.
V. Kasatonov vurğulayıb ki, yarışların şərtləri ildən-ilə inkişaf edir: “Hesab edir ki, gələcəkdə yarışların şərtləri dəyişərək daha da təkmilləşəcək, uzun illər davam edəcək və bizim dostluğumuzu gücləndirəcək”.