“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nümayəndələri Qurban bayramı ərəfəsində şirkətin himayəsində olan qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdığı qəsəbələrə baş çəkiblər.
Bu barədə “Report”a ASCO-dan məlumat verilib.
Dənizçilər həmişə olduğu kimi, bu dəfə də Goranboy rayonunda müvəqqəti məskunlaşan 779 qaçqın və məcburi köçkün ailəsinə, ümumilikdə 3 min 350 nəfərə zəruri ərzaq məhsullarından ibarət bayram sovqatı paylayıb. Bayram sovqatı ünvanlara ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşları tərəfindən çatdırılıb.
Qaçqın və məcburi köçkünlər onlara göstərilən daimi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, bayram arzularını dilə gətiriblər.