Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.
Türk.az xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.
Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.