Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.
“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də gecə saatlarında baş verib.
2000-ci ildə anadan olan Volodya Qaloyan naməlum şəraitdə odlu silahdan açılan atəşdən ağır yaralanıb. O, aldığı yaradan ölüb.
Hadisənin şəraiti və səbəbi araşdırılır.