Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan hərbçisi intihar edib.
“Report” “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistan İstintaq Komitəsi yayıb.
2000-ci il təvəllüdlü Erik Arutyunyanın meyitinin müayinəsi zamanı gicgahında odlu silahdan açılan atəş yarası aşkar edilib. Onun ölümünün təfərrüatları hələlik məlum deyil.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünüöldürmə həddinə çatdırmaq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq aparılır.