Türkiyənin Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimə qarşı hücum təşkil edilib.
Trend-in TurkicWorld-a istinadən verdiyi məlumatına görə, təxribatı irqçi “Danske Patrioter (Danimarka Patriots)” qrupunun üzvüləri həyata keçirib.
Daha sonra qrup İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandırıb. İslam əleyhinə pankartlar açıb, şüarlar səsləndirən qrup üzvləri sosial media hesablarında bu anları canlı yayımlayıblar.
Məlumat üçün qeyd edək ki, qrupun təxribatları polisin himayəsi altında həyata keçirilib.