Bu gün axşam saatlarında Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 2000-ci il təvəllüdlü Elgün Orucovu Əyri çaydan keçən sel aparıb.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.