Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb

Daşkəsən rayonunda yağan güclü yağışlar bir sıra fəsadlara səbəb olub.

“Report”un Qərb bürosunun məlumatına görə, yağıntılı hava şəraiti bir müddət daha da şiddətli olub və leysan nəticəsində bəzi küçələrə yağış suları dolub.

Küləklə müşahidə olunan leysan yağış səbəbindən avtomobil yollarında nəqliyyatın hərəkətində qismən çətinlik yaranıb.

Bəzi ərazilərdə elektrik enerjisinin verilməsində qısa fəsilə də yaranıb.

Leysan nəticəsində avtomobil yolunun kənarında olan divarın üzvlüyü da dağılıb. Aidiyyəti qurumların əməkdaşları daş üzlükləri avtomobil yolundan təmizləyiblər.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti müşahidə olunur.

ƏvvəlkiBölgələrdə leysan xarakterli yağış yağıb, Gədəbəyə dolu düşüb
NövbətiBakı Təşəbbüs Qrupu Olimpiya Oyunları prinsiplərinin “Paris-2024”də pozulmasına dair bəyanat yayıb