Daxili işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə səfər edib

İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.

Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.

ƏvvəlkiBaş nazir Əli Əsədov Albaniyanın Baş nazirinin müavini ilə görüşüb
NövbətiVaşinqtonda “İqlim Dəyişikliyi və Azərbaycanın COP29 sədrliyi” mövzusunda tədbir keçirilib