Bu gün Daxili İşlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.
Türk.az xəbər verir ki, seçkidə səs vermək üçün 460 vətəndaş cəmiyyəti institutu nümayəndəsi qeydə alınıb.
Səsvermə 29 iyun 2023-cü il tarixində saat 09:00 – 13:00 aralığında baş tutub.
Səsvermədə 382 nəfər iştirak edib
Etibarlı hesab edilən bülletenlərin sayı – 375
Etibarsız hesab edilən bülletenlərin sayı – 7
Qanunvericiliyə müvafiq olaraq tələb olunan səs toplamış 15 namizəd İctimai Şuranın üzvü seçilib.
Seçilmiş İcitmai şüra üzvləri:
- Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
- Mahirə Əmirhüseynova – “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri
- Mətanət Cəfərova, “Əsgər Ailələrinə Dəstək” ictimai birliyinin sədri
- Arzuman Abdulkərimov, “Hilal” Sosial Araşdırmalar ictimai birliyinin sədri
- Mehriban Zeynalova, “Təmiz Dünya” Qadınlara Yardım” ictimai birliyinin sədri
- Vüsalə Hüseynli, “İslahatçı qadınlar və innovasiyalar” ictimai birliyinin sədri
- Rəfail Becanov, “İnsan Hüquqları və Maarifçilik” ictimai birliyinin sədri
- Sevda Məmmədova, “Sosial-İqtisadi İnkişaf Uğrunda” ictimai birliyinin sədri
- Məhsəti Hüseynova, “Gənc Diplomatların Peşəkarlığının İnkişafına Dəstək” ictimai birliyinin üzvü
- Gülayə Səfərova, “Ailə Dünyası Ailələrə Hüquqi Yardım” ictimai birliyinin sədri
- Elməddin Muradov, Jurnalistika və İnkişaf Mərkəzi” ictimai birliyinin sədri
- İradə Nəsirova, “Mərhəmət” Kimsəsizlərə Yardım ictimai birliyinin sədri
- Rauf Zeyni, “Bakı Qeyri-Hökümət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri
- Araz Nurməmmədov, “Gender Bərabərliyi” ictimai birliyinin üzvü
- Xalid Kazımov, “Regional İnsan Hüquqları və Media Mərkəzi” ictimai birliyinin sədri