Qətərdəki dünya çempionatının qalibi olan Argentina millisinin qazandığı mükafatın məbləği açıqlanıb.
“Report” “APnews”a istinadən xəbər verir ki, “tanqoçular” ümumilikdə 52 milyon ABŞ dolları alacaqlar.
Bunun 10 milyon dolları artıq Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən yığma üzvlərinə təqdim olunub. Yerdə qalan vəsaiti isə FIFA ödəyəcək.
Bu, DÇ-2018-in qalibi olmuş Fransa yığmasının əldə etdiyi mükafatdan (38 milyon dollar) 14 milyon dollar çoxdur.
Qeyd edək ki, Argentina millisi finalda məhz franszıları məğlub edərək dünya çempionu olub.