Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən Azərbaycan – İrlandiya oyunu başa çatıb.
Trend-in məlumatına görə, norveçli baş hakim Espen Eskasın idarə etdiyi oyunun ilk hissəsində irlandiyalı Kallum Robinson dubl edib – 2:0. Qonaqların heyətində üçüncü qolu Çidozi Oqbene (90-ci dəqiqə) vurub.
Millimizin yer aldığı A qrupunda Portuqaliya millisi 13 xalla birinci, Serbiya seçməsi 11 xalla ikinci, Lüksemburq 6 xalla üçüncü pillədə qərarlaşıb. İrlandiya seçməsi 5 xalla dördüncü, hesabında 1 xal olan millimiz isə sonuncu pillədə yer alıb.