Dekabrın 1-də Azərbaycanda COVID-19 əleyhinə 406 doza vaksin vurulub

Dekabrın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 406 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 91, ikinci doza vaksinlərin sayı 83, üç və daha çox doza vaksinlərin sayı 191, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 41-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 922 min 762, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 392 min 935, ikinci mərhələ üzrə 4 milyon 874 min 45, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 391 min 796, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 263 min 986-dır.

ƏvvəlkiDİN Gəncədə tələbələr arasında kütləvi dava ilə bağlı açıqlama yayıb
NövbətiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 48 yoluxma faktı qeydə alınıb