Dekabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 365 doza vaksin vurulub

Dekabrın 27-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 365 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 158, ikinci doza vaksinlərin sayı 79, üç və daha çox doza vaksinlərin sayı 110, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 18-dir.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 930 min 256, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 395 min 462, ikinci mərhələ üzrə 4 milyon 875 min 464, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 394 min 777, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 553-dür.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 95 yoluxma faktı qeydə alınıb
NövbətiAnqolada məhkəmə eks-prezidentin qızının 1 milyard dollarlıq aktivlərinə həbs qoyub