Dekabrın 6-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 307 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 77, ikinci doza vaksinlərin sayı 60, üç və daha çox doza vaksinlərin sayı 136, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 34-dür.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 924 min 396, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 393 min 406, ikinci mərhələ üzrə 4 milyon 874 min 541, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 392 min 360, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 min 89-dur.