Ulu öndər Heydər Əliyev haqqında gözəl xatirələrdən, Azərbaycan üçün əlindən gələni əsirgəməyən, can sağlığı bahasına belə Azərbaycanda hələ o zamanlar ki, vəziyyətin gərgin oldugu zamanlar, dünyanın heqemon dövlətlərini Azərbaycana dəvət etməsi, neft kontraktlarının bağlanması, iqtisadiyyatın güclənməsi, yüksəldilməsi, ordunun yaranması, gələcək üçün bir addım idi. Qarabağın işğaldan azad olunması üçün müxtəlif görüşlər keçirir, əlaqələr qururdu. Bu günki Azərbaycanın memarı Ulu öndər Heydər Əliyevdir.
Çixışında, Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Mehriban Abdullayeva vurğuladı ki, Heydər Əliyevin layiqli davamçısı Ali Baş komandan İlham Əliyevin apardığı siyasət nəticəsində Qarabağ torpaqları işğaldan azad edildi.
Qarabağ Fatehi İlham Əliyev cənabları Ulu öndərin siyasi yolunu çox yüksək səviyyədə davam etdirir və bütün dünyada öz sözünü deyir və nidasını da qoyur.
deyərək, sözünü bitirib, gələn qonaqları təqdim edərək, hər birinə söz verdi.
Tədbirdə, QHT sədrləri Zamin Zeynal, Energetika Nazirliyi yanında ictimai şuranın sədri Şaban Nəsirov, Energetika Nazirliyi yanında ictimai şuranın katibi Samir Həsənov, ziyalılar Svetlana Zeynalova, Sevda Əhədova, Iradə Rəfi, Şölə Cəlil Məmmədova, Fəridə Haqverdiyeva, Pərvanə İbrahimova, Zəhra Əliyeva, Mərcan Şahbuzlu, Nailə Əliyeva, DJB müxbiri Gülşad Nurani, Elmira müəllimə, qazilər, Kazan şəhərindən gəlmiş həmyerlimiz Zərif xanım və bacısı gözəl ziyalımız Könül müəllimə, Ukraynadan gəlmiş həmyerlimiz polis polkovniki Sahibə xanım, Zeynəb xanım və başqaları da öz xatirələri ilə bölüşdülər. Tədbirin sonunda balaca Rahil öz ürək sözlərini dedi, Azərbaycan şerini söylədi.
Şəhidlər Xiyabanında yerləşən, Veteranlar cəmiyyətində keçirilən tədbirdən sonra, Şəhidlərimiz ziyarət olundu, Həzi Aslanovun abidəsi ziyarət olundu, ruhlarına dualar oxundu. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.