Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin sentyabrın 5-də və 6-da keçiriləcək iclaslarında iştirak etmək üçün İsveçrənin Bern şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin gündəliyinə COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, peyvəndlə bağlı diskriminasiyanın qarşısının alınması, insan hüquqları və qanunun üstünlüyünə təhdidlər və digər məsələlər daxil edilib.
İclasda, həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.