İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem fransalı Zinəddin Zidanı sahibi olduğu ABŞ-ın “İnter Mayami” komandasının baş məşqçisi postuna gətirmək istəyir.
Türk.az“The Mirror”a istinadən xəbər verir ki, Bekhem İspaniyanın “Real Madrid” komandasında birgə çıxış etdiyi 46 yaşlı mütəxəsisin xidmətində maraqlıdır.
Qeyd edək ki, “İnter Mayami” 2020-ci ildən klubu ABŞ və Kanadanın ən yüksək liqası sayılan MLS-də mübarizə aparacaq. Ötən mövsümün sonunda “Real Madrid”in baş məşqçisi postundan istefa verən Zidan hazırda işsizdir.